66 yaşlı qadın özünü asdı

{title

Onun özünü hansı səbəbdən öldürdüyü hələlik bilinmir.
 
Sumqayıtda intihar hadisəsi baş verib. 66 yaşlı qadın özünü öldürüb.
Sumqayıt Şəhər Prokurorluğundan 42-ciparalel.az-a verilən məlumata görə, hadisə şəhərin 5-ci mikrorayon ərazisindəki yataqxanalardan birində qeydə alınıb. Həmin yataqxanada qeydiyyatda olan 1950-ci il təvəllüdlü Nəzakət Alı qızı Paşayeva özünü yaşadığı evin mətbəxində asıb. Asılmış meyit ailə üzvləri tərəfindən aşkarlanıb və hüquq-mühafizə orqanı əməkdaşlarına məlumat verilib.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoya Birliyinin Sumqayıt şəhər şöbəsində müayinə edildikdən sonra mərhumun ailəsinə təhvil verilib.
Hələlik 66 yaşlı Nəzakət Paşayevanın özünü hansı səbəbdən asması barədə məlumat verilmir.
Faktla bağlı cinayət məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Sumqayıtda sonuncu intihar yanvar ayının 11-də baş verib.
Sumqayıt Dövlət Universitetinin Pedaqoji fakültəsində ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi, Abşeron rayonu Saray qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü Rumiyə Elşən qızı Qasımova intihar edib. 
Özünü öldürən Rumiyə intihardan bir gün əvvəl - yanvar ayının 9-da "ana dili" fənni üzrə imtahan verib. Tələbə qız imtahandan müvafiq bal toplaya bilməyib. Buna görə də imtahandan kəsilib.
 
42-ciparalel.az