Gədəbəydə cibgirliklə məşğul olan şəxs saxlanılıb

{title

42-ciparalel.az

Əvvəllər 5 dəfə məhkumluq həyatı yaşayan Gəncə sakini rayonda yerləşən mal bazarında özünü müştəri kimi təqdim edərək satıcının cibindən 1300 manatdan çox nəğd pulu oğurlayıb. Ancaq hadisədən cəmi bir neçə dəqiqə sonra polislər cibgiri müəyyən edərək saxlayıb. 

Gəncə sakini 40 yaşlı Alim Məmmədov oktyabrın 25-i, səhər saatlarında Gədəbəy rayonu ərazisindəki mal bazarına gələrək oradakı qiymətlərlə maraqlanıb. Cibində pulu olmayan Məmmədovun məqsədi mal-qara almaq olmayıb. O, bir qədər sonra Kamil Məmmədovun cibinə xeyli miqdarda pul olduğunu görüb. "Qəhrəman" qısa zaman kəsiyində həmin vəsaiti cibgirlik yolu ələ keçirib. Ancaq polis Alim Məmmədovu bazarın daxilində saxlayaraq şöbəyə gətirib.

Şahin Rzayev, müstəntiq: "Goranboy rayon sakini hal-hazırda Gədəbəydə yaşayan Kamil Məmmədovun cibindən 1382 manat pulu oğurlayan Gəncə sakini Alim Cabir oğlu Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı oğurladığı pul maddi sübut kimi götürülüb. 

Əvvəllər oğurluq və narkotik vasitələrin istifadəsinə görə 5 dəfə məhkumluq həyatı yaşayan Alim Məmmədov dəfələrlə bu cür əməllər törətdiyini deyir. Ancaq Məmmədov adəti üzrə bu cür əməlləri paytaxtətrafı ərazilərdə törədib. Gədəbəyi seçməkdə məqsədi isə polisin gözündən yayınmaq olub. 

Alim Məmmədov, saxlanılan şəxs: "Mən sonuncu dəfə Gədəbəydə 2001-ci ildə olmuşam. Səhər Gəncədən çıxdım yola, gəlib çatdım. Mal-heyvan bazarında bir qədər gəzəndən sonra bu şəxsə gözüm sataşdı və pulu ələ keçirdim. Ancaq kənardan hiss etdim ki, bir nəfər gördü və səs-küy saldı. Mən elə düşnürdüm ki, Gədəbəy bir az uzaq yerdi, orada daha çox pul əldə etmək olar. Ancaq istədiyim olmadı.  

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır. Alim Məmmədovun əməllərindən zərərçəkənlərin sayının artacağı istisna olunmur.