Bakı sakini doğma qardaşı tərəfindən qətlə yetirildi

{title

Bu gün Bakının Sabunçu rayonunun ərazisində yerləşən İlyas Aslanov küçəsində qətl hadisəsi baş verib.

42-ciparalel.az saytı APA agentliyinin məlumatına əsasən xəbər verir ki, Bakı sakini Xəlilov Məlik Ağarəhim oğlu qardaşı tərəfindən qətlə yetirilib.

Ürək nahiyəsindən bıçaq xəsarəti alan zərərçəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Cinayəti törətməkdə şübhəli bilinən qardaş saxlanılıb.

Faktla əlaqədar cinayət işi qaldırılıb, araşdırma aparılır.

 42-ciparalel.az