Bakıda 15 yaşında qanlı cinayət törədən oğlan özünü təqsirli bilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirləndirilən Bakı şəhər sakini, 2000-ci il təvəlüdlü Yuriy Aleksandroviç Mitsin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 42-ciparalel.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktını elan edib. Yuriy Mits ittiham üzrə özünü təqsirli bilib. Prosesdə təqsirləndirilən şəxs və zərərçəkən Faiq Tahirov ifadə verib. Məhkəmənin növbəti iclası yanvarın 25-nə təyin edilib. Qeyd edək ki, 2015-ci il sentyabr ayının 24-də Nizami rayonu, Qara Qarayev prospektində Bakı şəhər sakini Faiq Tahirova bıçaqla xəsarət yetirilib. Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 15 yaşlı Yuriy Mits tutulub. 42-ciparalel.az