Rubl dollara nisbətdə dəyərini itirir

Moskva birjasında ticarət sessiyasının əvvəlində rubl aparıcı dünya valyutalarına nisbətdə bir qədər də dəyərdən düşüb.
Cümə günü keçirilən satışların yekunlarına əsasən dollar 0,10 rubl bahalaşaraq 71,29 səviyyəsində qərarlaşıb.
Səhər 77,06 rubla satılan avronun kursu isə günortaya doğru 77,45 rubl həddinə çatıb.
Eniş Rusiya səhmləri bazarında da müşahidə olunub. Aparıcı MMVB indeksi 1,36 - RTS isə 1,95 faiz ucuzlaşıb.
Gazprom, Sberbank və Lukoil şirkətlərinin də qiymətli kağızları ucuzlaşıb.
Analitiklər valyuta və səhmlər bazarında enişi neftin ucuzlaşması ilə əlaqələndirirlər.
Brent markalı neftin bir barreli hazırda 37,7 dollar təşkil edir.
Eskpertlər neftin ucuzlaşmasını bazarda təklifin artması ilə izah edirlər.
Hazırda OPEC ölkələri günə 31-32 milyon barrel neft çıxarırlar.
Bundan başqa, gələn ilin əvvəllərindən neft bazarına uzun müddət beynəlxalq sanksiyalar altında olan İran çıxacaq. Neft bazarına çıxan əlavə neft bu xammalın qiymətini daha da ucuzlaşdıracaq.