İD neft ticarətindən "milyonlar qazanır"

Müharibə getsə də, İD-in "əsas müştərisi" Suriya prezidenti Bəşər əl-Əsədin höküməti olub, Adam Szubin BBC-ə deyib.
İD, həmçinin ərazidəki banklardan 1 milyard dollar talan edib.
ABŞ-ın rəhbərliyi ilə İD-ə qarşı aparılan hava hücumlarının birində təşkilatın maliyyə rəhbəri öldürülüb, Pentaqon cümə axşamı bildirib.
"O ikisi bir-birini qırıb-çatsa da, ticarətdə milyonlar qazanırlar", cənab Szubin Suriya höküməti ilə İD-i nəzərdə tutaraq deyib.
Koalisiyanın İD ilə mübarizə strategiyalarından biri onların maliyyə mənbələrini azaltmaqdır. Bu məqsədlə bəzi hücumlar zamanı neft mənbələri hədəflənib.
Cənab Szubin deyir ki, başqa terrorçu qruplar kimi İD xarici fondlardan asılı deyil, özü daxili əməliyyatlar vasitəsilə maliyyə pul toplayır.
Britaniyada müdafiə üzrə konsaltinq şirkəti IHS-in 2015-ci ilin sonuna aid araşdırmalarına əsasən, İD hər ay təkcə neft ticarətindən 80 milyon dollar qazanır. Digər qazanc yollarına narkotik və əntiq qaçaqmalçılığı, vergi toplama, qəsbkarlıq və adam oğurluğu və elektrik satışı daxildir, IHS deyir.