Dəmir 4 ildə dəyərini 5 qat itirdi

42-ciparalel.az
Neftin ucuzlaşması qlobal metal bazarına da təsirsiz ötüşməyib.
"Brent” markalı neftin qiymətində müşahidə olunan düşüş qlobal metal bazarına da təsirsiz ötüşməyib. Dəmir filizinin bir tonunun qiyməti son 10 ildə ilk dəfə rekord həddə aşağı düşərək 39.60 dollar təşkil edib.
Dəmirin tonu 2011-ci ildə 200 dollar idi.
Vəziyyətdən ən çox zərər çəkən "Anqlo Amerikan” mədən şirkəti olub. Böyük Britaniya fond birjasının aparıcı indeksi olan Futsi 100-də şirkətin səhmləri 12.3 faiz düşüb.
Neftin qiymətinin düşməsinə səbəb qlobal neft hasilatının 30 faizini təmin edən OPEK təşkilatının hasilatı azaltmaqdan imtina etməsi olmuşdu.