Azərbaycan və Latviya əmək və sosial müdafiə üzrə sənəd imzalayacaqlar

Dekabrın 3-də Latviyanın rifah naziri Uldis Augulisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumata görə, səfərdə məqsəd nazirlikdə nümayəndə heyətləri səviyyəsində görüşün keçirilməsi, iki nazirlik arasında müvafiq fəaliyyət sahələri üzrə əməkdaşlıq məsələlərinin müzakirə edilməsidir.
Aparılacaq müzakirələrin nəticələrinə uyğun olaraq iki nazirlik arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığa dair sənədin imzalanması da nəzərdə tutulur.
Nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində bir sıra digər rəsmi görüşlər keçirəcəyi də planlaşdırılır.