Türkiyə Azərbaycandan qaz ixracını artıracaq

42-ciparalel.az
Rusiya ilə yaranan gərginlikdən sonra Türkiyə Azərbaycandan qaz ixracını artıracaq.
Rusiya ilə "Su 24” böhranından sonra Türkiyəyə tətbiq edilən sanksiyalar höküməti yeni bazarlar axtarmaq məcburiyyətində qoyub. Türkiyə hökümətinin alternativ bazar planları sırasında Azərbaycanın da adı var.
Böhrandan çıxmaq üçün yaradılan idarəetmə komitəsinin rəhbəri baş nazirin müavini Mehmet Şimşəkbildirib ki, Türkiyə Azərbaycandan qaz ixracını artıracaq.
Mehmet Şimşəkin sözlərinə görə, əgər Rusiya qaz satışında problemlər yaradarsa, o zaman hökümət Azərbaycanla yanaşı İran, Qətər, Əlcəzair, Şimali İraq və Nigeriyadan mavi yanacaq ixracı məsələsini müzakirə edəcək.
Əgər Rusiya qaz nəqlini dayandırarsa, Türkiyə alternativ mənbələrdən qaz ixrac edənə qədər anbarlarda tədarük etdiyi mavi yanacaqdan istifadə edəcək. Həmçinin yeni yaradılan komitə Rusiyanın tətbiq etdiyi sanksiyalardan sonra turizm və Türkiyənin ixrac məhsulları sahəsində yaranacaq böhrandan çıxmaq üçün yeni bazar axtarışındadır.

Bakı-Tbilisi-Ərzurum qaz kəməri - Azərbaycandan Türkiyəyə qaz ixrac edən kəmər