Ölkəmiz Qaz İxracatçıları Ölkələri Forumunun müşahiçəsi seçildi

42-ciparalel.az
Qaz İxracatçıları Ölkələri Forumuna (QİÖF) üzv ölkələrin energetika nazirləri təşkilatın baş katibini seçiblər.
2016-cı ilin yanvarın 1-dən başlayaraq iki il ərzində QİÖF-un baş katibi səlahiyyətlərini İran nümayəndəsi olan Hüseyn Adeli icra edəcək.
QİÖF-a üzv ölkələrin energetika nazirlərinin görüşün yekununda qəbul edilən bəyannamədə deyilir ki, Adeli 2 il müddətinə təşkilatın baş katibi seçilib.
Həmin bəyannaməyə görə, Azərbaycan QİÖF-un yeni müşahidəçisi seçilib.
Nazirlərin görüşünün yekununda növbəti toplantının 2016-cı ili noyabrın 17-də keçiriləcəyi qərara alınıb.

QİÖF dünyada qaz icracatı üzrə lider olan ölkələri birləşdirir. Forumun təməli 2001-ci ildə Tehranda qoyulub. Təşkilatın fəaliyyəti isə 2008-ci ildə isə Moskvada üzv ölkələrin energetika nazirlərinin nizamnamə qəbul etməsi və dövlətlərarası razılığın imzalanması ilə rəsmiləşdirilib.
QİÖF-a üzvləri Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, BƏƏ və Venesueladır. İraq, Qazaxıstan, Niderland krallığı, Oman və Peru isə forumda müşahidəçilər qismində iştirak edir.
Bu arada Azərbaycanın son 10 ayda qaz ixracı 2,7 % azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 6 760 111,22 min kubmetr qaz ixrac edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 2,7% azdır.
Hesabat dövründə gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş $186 717,51 min dəyərində 1 163 652,74 min kubmetr qaz ixrac edilib.