"Əziyyət çəkən biz Azərbaycanlı fermerlərdi"

42-ciparalel.az
Problemlə bağlı Azərbaycanın Gömrük Komitəsi danışıqlar aparır
Noyabrın 14-dən Rusiya hökumətinin ölkənin yol qanunvericiliyində tətbiq etdiyi yenilik və düzəlişlər Rusiyada fəaliyyət göstərən bir sıra nəqliyyat şirkətlərinin sürüçülərini ayağa qaldırıb.
Düzəlişlərə etiraz edən sürücülər, tətillərə başlayıb. Bu səbəbdən Azərbaycandan dəmiryolu ilə qonşu ölkəyə kənd təsərrüfatı məhsulları yüklənmiş vaqonların Dağıstan Respublikasının Dərbənd dəmiryolu stansiyasında böyük bir növbəsi yaranıb.

Məhsullarla yüklənmiş vaqon
Azərbaycanlı sahibkarların sözlərinə görə, indi Dərbənd stansiyasında meyvə dolu 200-dən artıq vaqon dayanıb. Məhsullarının xarab olmasından çox narahatçılıq keçirən sahibkarlar Azərbaycan hökumətindən onların qonşu ölkədə yaşanan problemlərinə təcili kömək etməsini gözləyirlər.

Məhsullar yararsız hala düşür
Sahibkar Vahid Məmmədov bildirib ki, Rusiyada yol vergisi qaldırılıb. Sürücülər də buna etiraz olaraq tətil ediblər:"Əziyyət çəkən biz Azərbaycanlı fermerlerdi. Kənd təsərrüfatı məhsullarımız xarab olur."Sahibkarların sözlərinə görə, meyvə yüklənmis təxminən 60-dan artıq vaqon Rusiyaya keçmək üçün növbə gözləyir. Rusiya ərazisində müşahidə olunan problem hələ də aradan qaldırılmayıb.Bu gün də dəmiryol keçid məntəqəsinə toplaşan sahibkarlar Dərbənddə yığılıb qalmış mallarının xarab olmasından narahatçılıqlarını gizlətməyiblər.

Növbə gözləyən vaqonlar
Azərbaycanlı sahibkarların Rusiya ərazisində yaşadıqları problemə Dövlət Gömrük Komitəsinin Xaçmaz gömrük idarəsinin Yalama Gömrük Postundan da reaksiya gəlib. Yalama Gömrük Postunun rəisi Valid Nəsirov qonşu ölkədə sahibkarlarımızın düşdüyü çətin durumla bağlı GK rəhbərliyinin artıq Rusiyalı həmkarı ilə danışıqlara başladığını bildirib.

Valid Nəsirov-Yalama Gömrük Postunun rəisi
Yalama Gömrük Postunun rəisi problemin qısa vaxt ərzində aradan qaldırılacağına ümidvar olduğunu bildirdi. Bu istiqamətdə işlər davam etdirilir.