Elektron ticarət vergiyə cəlb edilə bilər

{title

42-ciparalel.az
 

Gələn ildən vergi ödəyicilərini bir sıra yeniliklər gözləyir. 2016-ci ildə elektron ticarətin vergiyə cəlb edilməsi nəzərdə tutulur. Plastik kartlarla yalnız alkoqollu içkilər satılacaq. Şou-biznes nümayəndələrinin tam şəkildə vergi ödəməsi isə real görünmür. Bütün bunları Vergilər Nazirinin 1-ci Müavini Natiq Əmirov açıqlayıb.

Gələn ildən etibarən elektron ticarət də vergiyə cəlb edilə bilər. 2015-ci ilin 10 ayının yekunlarına dair keçirilən mətbuat konfransında Vergilər Nazirinin birinci müavini Natiq Əmirov deyib ki,bununla bağlı hökumətə 2 qanun layihəsi təqdim edilib.

Nazir müavini bildirib ki, tütün məmulatlarının satışı nağd formada davam etdiriləcək.Alkoqollu içkilər isə plastik kartılarla satılacaq.Bunun üçün hazırlıqlara da başlanılıb.Respublika üzrə 84 min ədəd pos-terminal quraşdırılır.

Bununla yanaşı şou-biznes nümayəndələrinin isə tam şəkildə vergiyə cəlb edilməsi hələlik mümkün deyil.

Natiq Əmirovun sözlərinə görə,bu ilin 10 ayı ərzində büdcəyə qeyri-neft sektoru üzrə nəzərdə tutulan proqnozdan 136 milyonn manat artıq vergi daxil edilib. Bütün bölgələr üzrə vergi planı 100 faiz yerinə yetirilib.