Rusiyanın ən zəngin milyarderləri - Siyahıda azərbaycanlılar da var

Nüfuzlu "Forbes” jurnalı Rusiyanın 200 milyarderinin adını açıqlayıb.
42-CiParalel.az xəbər verir ki, onların arasında Azərbaycan əsilli bir neçə milyarder də var.
"Lukoil” şirkətinin rəhbəri tanınmış iş adamı Vahid Ələkbərov 16,4 milyard dollarlıq sərvəti ilə 4-cü yerdə qərarlaşıb.
Dağ yəhudiləri və biznes şərikləri olan Zaxar İliyev və Qod Nisanov 3,3 milyard dollarlıq sərvətləri ilə 36-cı və 37-ci yerləri paylaşıblar.
"Crocus Group”un rəhbəri Araz Ağalarov 1,8 milyard dollar dəyərində qiymətləndirilən sərvəti ilə 50-ci yerdə qərarlaşıb.
Bu siyahıda olan son azərbaycanlı isə 1,4 milyadr dollarlıq sərvəti ilə 69-cu yerdə qərarlaşan Fərhad Əhmədovdur.