Ağ evdə rüşvət hallarını sübut edən səs yazıları dərc edilib

42-ciparalel.az
ABŞ-da ağır xəstə insanlara verilməli olan milyardlarla dollar müxtəlif təşkilatların hesabına köçürüldü.
Onların içərisində 13 nəfər dövlət qulluqçusu da var. Onların 10-u hazırki prezident Barak Obama, 3-ü isə onun sələfi Corc Buşun dövründə fəaliyyət göstərib.
Həmin materiallardan məlum olub ki, rüşvət halları fiziki imkanları məhdud olan şəxslərə ödənilməli olan yardımla bağlı olub.

Belə ki, 3 milyard dollar 50 min insana ödənilməli olduğu halda, hər il onun 2,3 milyard dolları"SourceAmerica" təşkilatı vasitəsilə digər tərəfdaşlara ötürülür.
Bunu etmək üçün təşkilat hər il ağır xəstəliyi olan insanlar əvəzinə yüngül səviyyəli əlilliyi olan insanları qeydiyyatdan keçirir və onlara da daha az sosial yardım ödəyib.
Beləliklə, hər il ağır xəstə insanlar yardımsız qalıb, milyardlarla dollar isə müxtəlif təşkilatların hesabına köçürülüb.
Məlumat üçün bildirək ki, WikiLeaks qeyri-kommersiya təşkilatıdır və saytında məxfi materialları dərc edərək ictimailəşdirir. Həmin məlumatlar anonim mənbələrdən və ya məlumat sızması nəticəsində əldə edilir. Saytın yaradıcısı isə avstraliyalı internet-jurnalist və teleaparıcı Culian Assancdır.

Culian Assanc - WikiLeaks saytının yaradıcısı
Yaradıcıları saytın fəaliyyətə başladığı 2006-cı ildə 1,2 milyon sənəd toplandığını bildiriblər. Adının WikiLeaks olmasına baxmayaraq, sayt viki-sayt hesab edilmir. Yəni sayta daxil olanlar orada yerləşdirilən məlumatlarda heç bir dəyişiklik edə bilmirlər. Bununla belə, əlində məlumat olan istənilən şəxs məlumatını redaksiyaya göndərərək anonim mənbə ola bilər.