Azərbaycan Türkiyəyə 20 milyard dollar sərmayə qoyacaq

{title

 

"2020-ci ilə qədər Türkiyəyə qoyulacaq Azərbaycan sərmayələrinin həcmi 20 milyard dolları keçəcək". 42-CiParalel.Az"Trend"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici iqtisadi əlaqələr Şurasının rəhbəri Səlcuq Akat deyib.

Onun sözlərinə görə, iki ölkə arasında 2016-ci ildə mal dövriyyəsinin həcmi 1,6 milyard dollar təşkil edib.

"Sərmayələrinin böyük hissəsi SOCAR şirkətinin payına düşür", - deyə Akat bildirib.