Qod Nisanov “İlin iş adamı” seçildi

{title

Rusiyada fəaliyyət göstərən Azərbaycan əsilli iş adamı, "Kiyevskaya Ploşad” Holdinqin idarə heyətinin sədri Qod Nisanov "İslahatçı Gənclər” İctimai Birliyi(İGİB)tərəfindən "İlin İş Adamı” Milli Mükafatına layiq görülüb.
 
42-CiParalel.Az Fərid Şahbazlının sözlərinə görə, bu barədə qərar Rusiyada yaşayan azərbaycanlılar arasında keçirilən sorğunun nəticələri və digər faktlar nəzərə alınmaqla birliyin İdarə Heyəti tərəfindən verilib. Qod Nisanov bu mükafata Azərbaycanla-Rusiya arasında dostluq münasibələrinin inkişafındakı, Azərbaycan həqiqətlərinin Rusiyada təbliğindəki mühüm xidmətlərinə və uğurlu biznes layihələrinə görə, layiq görülüb.
 
Qeyd edək ki, Qod Nisanov 1972-ci il aprel ayının 24-də Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. Bakıda Maliyyə-kredit Texnikumu, sonra isə Hüquq İnstitutunu bitirmişdir. 1990-cı ildə "AST” kampaniyasında işləmişdir. 2001-ci ildə Lyublinoda şəriki Zarah İliyevlə birgə "Moskva” ticarət mərkəzini açmış, 2005-ci ildə isə "Biskvit” kompaniyasını və "Ukrayna” otelini almışdır. 2006-cı ildə isə "Avropa” otelini açmışdır.
 
2000-2005-ci illərdə "Doymond Katters” MMC-də çalışmışdır. 2005-ci ildən "Kiyevskaya Ploşad” holdinqin idarə heyətinin sədridir. 4 iyul 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif olunmuşdur. 14 yanvar 2014-cü ildə Rusiya Federasiyası Prezidentinin Sərəncamı ilə "Dostluq” ordeni ilə təltif olunmuşdur.
 
Qod Nisanov 1 iyun 2016-cı ildə "Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir