Bakıda iki xarici şirkət filialını bağlayır

{title

5 Aprel, 2017  10:09 xeber – Azərbaycan bazarını daha iki xarici şirkət tərk edir."Report” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, Sinqapurun "Gralyn Events PTE.LTD” və Türkiyənin "Elit Tasarım Dekorasyon İnşaat Ticarət Ltd.” şirkətləri Azərbaycandakı filiallarının ləğv olunduğunu elan edib.Sinqapur şirkəti ilə bağlı kreditorlar iki ay ərzində tələblərini Səbail rayonu, Rəsul Rza küçəsi,11, mənzil 28-30 ünvanına, Türkiyə şirkəti ilə bağlı isə Xətai rayonu, Seyid Əzim Şirvani,12, mənzil 14 ünvanına bildirə bilərlər. 42-CiParalel.Az