- İqtisadiyyat
- 30-01-2016, 12:49
- 236Oxunub
Gömrük xidmətləri “Asan” mərkəzlərində də olacaq

"ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilən gömrük xidmətlərinin də artırılması nəzərdə tutulur. 42-ciparalel.az-ın məlumatına əsasən bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin "Xalq" qəzetindən dərc olunan məqaləsində bildirilir.
Məqalədə qeyd olunur ki, bu məqsədlə Dövlət Gömrük Komitəsində adı çəkilən Dövlət Agentliyinin nümayəndə heyətilə keçirilən görüşdə "elektron bəyanetmə”, "elektron ilkin bəyanetmə”, XİF iştirakçılarına idxal-ixrac əməliyyatları barədə rəsmi arayışların, müvəqqəti idxal olunan yüngül minik avtomobillərinin vaxtının uzadılması ilə bağlı müvafiq xidmətlərin bundan sonra Dövlət Gömrük Komitəsi ilə yanaşı, "Asan xidmət” mərkəzləri vasitəsilə də göstərilməsi məsələləri müzakirə olunub. Bundan başqa, tərəflər gələcəkdə "Asan xidmət” mərkəzlərində Dövlət Gömrük Komitəsinin informasiya köşklərinin quraşdırılması barədə də razılıq əldə ediblər. Komitə sədri qeyd edib ki, Dövlət Gömrük Komitəsinin fəaliyyətində - biznes-gömrük əməkdaşlığında mühüm addımlardan biri də xarici ticarət dövriyyəsinin artırılması məqsədilə gömrük prosedurlarının sadələşdirilməsi və bəyannamələrin elektron qəbuludur. Gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi, gömrük əməkdaşı ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının tətbiqi daha da genişləndirilir, e-hökumət portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təklif etdiyi xidmətlərin sayı artırılır.

Aydın Əliyev -Dövlət Gömrük Komitəsinin sədri
Ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında, münbit biznes mühitinin formalaşması və sahibkarlıq fəaliyyətinin inkişafında mühüm rol oynayan gömrük orqanları bu istiqmətdə bir sıra tədbirlər həyata keçirir.Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurlar daha da sadələşdirilib. Dövlət Gömrük Komitəsi fiziki şəxslər tərəfindən malların daha rahat və şəffaf qaydada bəyan edilməsini təmin etmək üçün yeni "Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə” elektron xidmətini Elektron Hökumət Portalına inteqrasiya edib. Artıq ölkəmizə gələn və ölkəmizdən gedən vətəndaşlar gömrük sərhədindən keçirdikləri mallar, nəqliyyat vasitələri, zinət əşyaları və valyuta, müşayiət olunmayan baqajla və ya daşıyıcı tərəfindən keçirilən mallar və s. barədə məlumatları qabaqcadan, gömrük məntəqəsinə gəlmədən "onlayn” qaydada Dövlət Gömrük Komitəsinin rəsmi internet saytı (www.dgk.gov.az) və ya Elektron Hökumət Portalı (www.e-gov.az) vasitəsilə gömrük orqanlarına təqdim edə biləcəklər. Vətəndaşların sərhəddən keçidini asanlaşdırmaq məqsədilə bütün sərhəd buraxılış məntəqələrində "Gömrük” köşkləri quraşdırılıb. Bu məlumat köşkləri vasitəsilə vətəndaşlar sadələşdirilmiş elektron bəyannaməni doldura bilər, həmçinin gömrük qanunvericilik bazası və səyahətçilər üçün gömrük nəzarəti ilə bağlı qaydalarla tanış ola bilərlər. Tətbiq olunan yeni xidmət "vətəndaş-məmur” təmasının minimuma endirilməsini, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın, həmçinin gömrük-sərhəd buraxılış məntəqələrində vətəndaşlar tərəfindən vaxt itkisinin qarşısının alınmasını təmin edəcək.

42-ciparalel.az