Dollar düşdü, avro qalxdı

{title

Mərkəzi Bankın rəsmi məzənnəsi açıqlandı.
 
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 28-nə olan xarici valyutanın məzənnəsini açıqlayıb. Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 28-nə olan rəsmi məzənnəsinə görə, dolların bu günə olan qiyməti 1.6050-dən 1.6028-ə düşüb. Avrozonanın vahid valyutası olan avro isə yenə də bahalaşıb - 1 avro 1.7445 manat olub. Rusiya rublunun dəyəri də artıb - 0.0205 manat.Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb. Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. 
Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək. Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.
 
42-ciparalel.az