Azərbaycanın nefti bahalaşdı

{title

Dünya birjalarında neftin qiyməti 33 dolları da keçdi.
 
Neftin dünya bazarlarında qiyməti bahalaşmaqda davam edir. 42-ciparalel.az-ın məlumatına görə, Nyu-York və London birjasında neftin bir barelinin qiymətində bahalaşma qeydə alınıb. Nyu-York birjasında (NYMEX) WTI markalı neftin bir barrelinin qiyməti 3,45% qalxaraq, 32,53 dollar olub. ICE Futures London birjasında Brent markalı neftin bir barelinin qiyməti 4.24% qalxaraq, 33,93 dollar olub. Azərbaycanın "AzəriLayt” markalı neftinin bir bareli də bahalaşaraq 33,88 dollara çatıb.Əlvan metalın qiymətində cüzi bahalaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı 35,38 dollardır. Platinin 1 qramı 26.98 dollar, palladiumun 1 qramı isə 16.06 dollardır. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.45 dollar müəyyənləşib.

Neftin qiyməti Rusiya-Ukrayna münaqişəsindən sonra aşağı düşməyə başladı. 2014-cü ilin fevral-mart-aprel aylarından Rusiya Ukraynanın Krım bölgəsini və Donbas vilayətinin bir hissəsini işğal altında saxlayır.
O vaxtdan bəri dünya çapında yaranan yeni qarşıdurma iqtisadi basqılarla da müşayiət olunur. Neftin dünya bazarında qiymətinin enişi Qərblə Rusiyanın iqtisadi müharibəsinin əsas elementidir.
 
42-ciparalel.az