MTRŞ-dan "Hesabat"la bağlı qərar

Qərar MTRŞ-nın bu gün keçirilən iclasında verilib.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS televiziyasının efirində yayımlanan "Hesabat” analitik-informasiya proqramının bağlanması barədə qərar verib.
42-ciparalel.az-ın məlumatına görə, MTRŞ-nın bu gün keçirilən iclasında ANS televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin pozulması ilə əlaqədar inzibati icraata dair işə baxılıb.İclasda qeyd olunub ki, ANS-in efirində yayımlanan "Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alınaraq "Televiziya və radio yayımı haqqında” qanunun 23.1-ci maddəsinə uyğun olaraq ANS televiziyasının efirində "Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılıb.
Bildirilir ki, "Hesabat” analitik-informasiya proqramının 17.01.2016-cı il tarixli buraxılışında aparıcı Mirşahin Ağayev (həm də təsisçilərdən biridir) Milli Televiziya və Radio Şurasının ünvanına növbəti dəfə əsassız ittihamlar səsləndirib: "Məmur özbaşınalığını dayandırmaq lazımdır. Dövlət başçısının məmurların xalqın ağasından xalqın xidmətçisinə keçirmək istiqamətində apardığı siyasəti sadə camaat tam müdafiə edir. Uzağa niyə gedirik? Əgər dövlət büdcəsinə 1 qəpik belə gəlir gətirməyən "mıtırışı” (MTRŞ) dövlətə hər il kifayət qədər vergi ödəyən ANS-in başına belə oyun açırsa, özü də heç olmasa, bizim bu barədə danışmaq imkanımız var, görün başqa sahələrdə vəziyyət nə qədər çətindir”.
42-ciparalel.az "Hesabat" verilişinin bağlanmasına səbəb olan videosüjeti oxucularına təqdim edir...
42-ciparalel.az