Məşhur bankın işçisi vəzifəsindən azad olundu

{title

Qərar bankın növbədənkənar ümumi yığıncağında verilib.
 
Bu gün"Kapital Bank” ASC -nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
42-ciparalel.az-ın məlumatına görə, yığıncağın qərarına əsasən bankın müşahidə şurasının üzvü Cavid Quliyev vəzifəsindən azad olunub. O, başqa işə keçdiyi üçün üzvlükdən çıxarılıb.
Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan Kapital Bank hazırda 2 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir. Eyni zamanda dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.
Kapital bank Azərbaycanda ilk kassası 1874-cü ildə yaradılan Əmanət Bankının hüquqi varisidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2000-ci il tarixli 40 "s" nömrəli sərəncamı ilə üç dövlət səhmdar-kommersiya bankının - Aqrar-Sənaye, Sənaye-İnvestisiya və Əmanət Bankının sağlam aktiv və öhdəliklərinin birləşdirilməsi nəticəsində Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradılmışdır. 29 dekabr 2004-cü il tarixində Bank səhmdarlarının növbədənkənar iclasında BUSBank adının dəyişdirilməsi və Banka "Kapital Bank" adının verilməsi qərara alınmışdır.
 
42-ciparalel.az