Razi Nurullayev böhrandan çıxmaq üçün təklif verdi

Yeni elan olunmuş Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkədə dərinləşməkdə olan iqtisadi böhrandan çıxış yolları ilə bağlı təkliflər paketi hazırlayıb və ictimai müzakirəyə çıxarıb. 42-ciparalel.az-a daxil olan məlumatda bildirilir ki, təkliflər paketinin birinci hissəsi ən gəlirli sahələrdən biri olan turizmlə bağlıdır.Neft qiymətlərinin aşağı düşməsi, ölkənin iqtisadi gəlirlərinin azalması, dünyada böhranın davam etdiyi bir zamanda ölkənin böhrandadan çıxmasında, ümumi prosesin üzərimizdə daha az hiss olunması üçün turizm sektorunun inkişafı və istifadəsinin mövcud şəraitə, qiymətlərinin ölkə daxilində vətəndaşlara, o cümlədən xarici turistlərə əlçatan olması vacibdir. Əlverişli iqlim şəraiti, təbii resurslar bu gün ölkə iqtisadiyyatının dayanıqlı inkişafına doğru fokuslaşdırılmalıdır. Təklif edilən paketdə bildirilir ki, rəsmi statistikaya görə, Azərbaycandan Gürcüstana bir ildə 1 milyon insan gedir. Hər turistin bu ölkədə ən azı 400 dollar pul xərclədiyini nəzərə alsaq, onda deyə bilərik ki, hər il Azərbaycandan Gürcüstana 400 milyon pul axır. Azərbaycanlılar təkcə Gürcüstana deyil, Türkiyə və Rusiya kimi ölkələrə də turist kimi gedir və ölkə büdcəsinə yönəldilməsi mükün olan vəsait xarici ölkələrin büdcəsinin artırılmasına sərf edilir. Azərbaycanda turizm xidmətləri də bərbad vəziyyətdədir və onilliklər ərzində daxili və xarici turistlərin rahatlığı üçün bu sahədə əsaslı dönüş yaradılmayıb. 42-ciparalel.az