İlham Əliyev bank prezidenti ilə görüşdü

Davosda olan prezident Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə də görüşüb.
Davosda keçirilən iqtisadi forumda iştirak etmək üçün bu şəhərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu gün bir sıra görüşlər keçirib. ANS PRESS-in məlumatına görə, dövlət başçısının Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə fikir mübadiləsi aparılıb. Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, bu baxımdan yeni imkanlar müzakirə edilib.

Dövlət başçısı bu gün həmçinin Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun önəmi qeyd edildi, bu baxımdan "Cənub qaz dəhlizi” layihəsinin əhəmiyyəti vurğulanıb. Həmçinin "Cənub qaz dəhlizi” layihəsinin uğurla reallaşdırıldığı qeyd olunub, bu layihənin həyata keçirilməsinə Avropa Komissiyası tərəfindən tam dəstəyin göstərildiyi bildirilib.
Davos forumu ötən gün başlayıb. Forum yanvarın 23-dək davam edəcək. Bu gün Azərbayacan prezidentinin forumda çıxışı gözlənilir.

42-ciparalel.az