Bakı diqqət mərkəzinə düşür - Milyardlıq sərmayə

{title

Paytaxt azad iqtisadi zona ola bilər.
 
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı azad iqtisadi zona ola bilər ki, bu da ilk bir neçə il ərzində 1 milyard dollaradək xarici investisiya cəlb etməyə imkan verəcək. Bunu jurnalistlərə limanın baş direktoru Taleh Ziyadov deyib.
Onun sözlərinə görə, bunun nəticəsində qeyri-neft sektorunun inkişaf edəcək: "Niyyətimiz yeni Bakı limanı ətrafında təkcə tranzit deyil, həm də iqtisadi canlanma yaratmaqdan ibarətdir. Buna görə də Ələt limanı ətrafında Honq Konqda, Cəbəl-Əlidə olduğu kimi, azad iqtisadi zona yaratmaq təklifi var. Bu da, öz növbəsində, qeyri-neft sektorunun inkişafına təkan verəcək".
O, əlavə edib ki, bu təklif hələ layihə mərhələsindədir: "İşin bir hissəsi artıq görülüb. Azad iqtisadi zonanın ilkin konseptual planı hazırlanıb. Limanda təkcə yüklərin boşaldılması üçün deyil, həm də onların qablaşdırılması və saxlanılması üçün şərait yaradılacaq".


Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 1902-ci ildə təsis edilib və o vaxtdan Xəzər dənizilimanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur.
Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 407 nömrəli qərarı ilə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının nizamnaməsi təsdiq edilib. Bu nizamnaməyə əsasən liman, hüquqi şəxs olaraq tam təsərrüfat hesablı və özünümaliyyələdirmə prinsipləri əsasında fəaliyyət göstərir. Liman il boyu günün 24 saatı ərzində fasiləsiz iş cədvəli əsasında işləyir.Liman 5 terminaldan ibarətdir:

1. Əsas yük terminalı
2. Konteyner terminalı
3. Bərə terminalı
4. Dübəndi neft terminalı
5. Sərnişin terminalı
 
42-ciparalel.az