5000 dollaradək krediti olanlara güzəşt ola bilər

{title

Mərkəzi Bank sədri kreditin köhnə məzənnə ilə ödənilməsindən danışıb.
 
Azərbaycan hökuməti 5000 dollara qədər olan kreditlər üzrə borcların 1 dollara görə 1,05 manat məzənnəsi ilə ödənilməsi məsələsini nəzərdən keçirir. Bunu jurnalistlərə Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
İdarə Heyətinin sədri dollarda kredit götürən borclananlara güzəşt edilib-edilməyəcəyinə aydınlıq gətirib. O, deyib ki, hazırda bu məsələ gündəliyə daxildir və müzakirə olunur.
"Bu günləri 5000 dollara qədər olan kredit, kredit portfelinin 250 milyon dollar təşkil edir. Hazırda biz güzəştlərin verilməsi üçün mənbənin axtarılması üzərində işləyirik. Ola bilsin ki, bu fiksal qaydada həllini tapsın. Amma bununla bağlı nə vaxt qərar veriləcəyi məlum deyil. Maliyyə mənbəyi tapılandan sonra bilinəcək”.
Elman Rüstəmov vurğulayıb ki, Azərbaycanda dollarda olan kreditlər üzrə borcların 1 dollara görə 1,05 manat məzənnəsi ilə ödənilməsi məsələsini müzakirə etmək lazımdır.
 
42-ciparalel.az