İranın neft ixracının Azərbaycana təsiri

{title

Neft qiymətlərinin enməsi maya dəyəri yüksək olan istehalçıları bazardan çıxara bilər.
 
Dünya bazarında neftin qiyməti enməkdə davam edir. 
42-ciparalel.az məlumatına görə, "Brent” markalı neftin 1 barrelinin dəyəri 29,11 dollara qiymətləndirilir. Azərbaycan neftinin dünya bazarlarında qiyməti 29 dollar ətrafında dəyişir.
"AzəriLayt” markalı neft digərlərindən baha satılsa da, qiymətinin enməsi Azərbaycanın gəlirlərinə öz təsirini göstərir. Neft qiymətlərinin kəskin ucuzlaşdığı bir vaxtda ABŞ İranüzərindən beynəlxalq sanksiyaları götürdüyünü elan etdi. Bu qərar böyük neft ehtiyyatları olan İranın dünya bazarına sərbəst çıxışına şərait yaradacaq. Belə bir məqamda neft qiymətlərinin gələcək taleyi barədə suallar yaranır. 
Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin rəhbəri, iqtisadçı Elnur Sultanovun sözlərinə görə, hər gün təxminən 2 milyon barrel neft satılmaq üçün çıxarıldığı bazarlarda artıq qalır: "İran üzərindən sanksiyaların ləğvi isə bazarlarda neft artıqlığını daha da artıra bilər. Sanksiyalar tətbiq edildiyi üçün neft quyularını dondurmaq dövlətlərə sərf etmədiyi üçün belə hallarda ölkələr nefti hasil edib anbarlarda saxlayırlar. Hazırda İranın da anbarlarda təxminən 40 – 50 milyon barrelə yaxın nefti var. Həmin "qara qızıl” emal olunub və tankerlədə ixrac edilmək üçün gözlədilir. Əlbəttə, bazara bu qədər neftin çıxarılması qiymətlərə də təsirsiz ötüşməyəcək”.
İranın neft ixracının Azərbaycana təsiri
Elnur Sultanov - Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin rəhbəri
Elnur Sultanovun həmçinin qeyd etdi ki, neftin qiymətinin sürətlə enməsi yüksək maliyyətli istehsalçılar bazardan bir o qədər tez çıxmasına şərait yaradır: "ABŞ , KanadaŞimal dənizivə Venesuelada olan neftin maya dəyəri çox yüksəkdir. Neft qiymətlərinin enməsi maya dəyəri yüksək olan istehsalçıların maliyyə vəziyyətinin çətinləşdirir. Ona görə də həmin istehsalçılar bazardan avtomatik çıxırlar. Onlar bazardan çıxdıqdan sonra neftin 40 - 50 dollara qalxacağını gözləmək olar. Həmin istehsalçıların bazardan çıxması Azərbaycan üçün də müsbət hadisədir. Çünki Azərbaycan neftinin maya dəyəri yuxarıdan adı çəkilən dövlətlərinkindən aşağıdır. Qiymət enməsi öz növbəsində Azərbaycan neftinin dəyərinə də təsirsiz ötüşməyəcək”. Məlumata görə, İran da illik neft hasilatını 4 milyon barrelə qaldırmaq niyyətindədir. Hazırda 3 milyon barrelə yaxın neft istehsal edən İran nunun 1.5 - 2 milyon barrelini bazara çıxarır. İlin sonuna qədər İranın hər gün əlavə 500 min barrel neft hasil edəcəyi gözlənilir. 



Yuxarıda göstərilən dövlətlərdən fərqli olaraq sanksiyaların ləğvindən sonra İran iqtisadiyyatının bir necə dəfə güclənəcəyi proqnozlaşdırılır. Nüvə razılaşması İranla "Altılıq" ölkələri arasında 14 iyulda əldə olunub. 
 
42-ciparalel.az