Bakıda Formula-1 yollarına ayrılan pul açıqlandı

42-ciparalel.az
Ancaq yollar üçün 12 milyon manat ayrılıb.
"Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin yolları üçün büdcədən 12 milyon manat ayrılıb". Bu barədə açıqlamanı qran priyə "son 6 ay” tədbirinə həsr olunmuş ilk mətbuat konfransında Azərbaycan Respublikası
Gənclər və İdman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, Formula 1 Avropa Qran Prisi üçün bilet satışlarının sabah saat 12:00-dan bacucitycircult.com saytı vasitəsilə satışa çıxarılacağını deyib.
A.Rəhimov azərbaycanlılar üçün bilet qiymətində 40 faiz endirim ediləcəyini deyib.
O, qeyd edib ki, yarışlarla bağlı Bakıya 2500 adam gələcək. Bura idmançılar, komanda üzvləri, həkimlər və sairə daxildir. "Onlar həm otellərdə, həm də olimpiya kəndində yerləşdiriləcəklər. Bu kənddə 1 bina personal üçün ayrılıb. Lazım gələrsə bütün binalarda turistləri də yerləşdirmək mümkündür".