• İdman
  • 8-12-2015, 22:46
  • 277Oxunub

F-1-in Bakı mərhələsinin biletləri satışa çıxarılır

{title

42-ciparalel.az
 

Biletlər dekabr ayının 19-da satışa çıxarılacaq

2016-cı ildə Formula-1 Avropa Qran Prisinin biletləri dekabr ayının 19-da satışa çıxarılacaq. Onlayn bilet satışının başlanğıcı eyni zamanda "Son 6 ay” tədbirinin keçirilməsi ilə üst-üstə düşəcək.

"Bakı Şəhər Halqası" dekabr ayının 19-da yarış biletlərinin onlayn satışına başlamaqla ilk dəfə baş tutacaq 2016 Formula-1 Avropa Qran Prisinə gedən yolda daha bir mərhələyə yekun vuracaq. Bilet satışının başlanması həmin ərəfədə şəhərdə keçiriləcək "Son 6 ay” tədbiri ilə eyni günə təsadüf edəcək.

 Bakı mərhələsinin biletlərini, www.bakucitycircuit.com saytı vasitəsilə əlamətdar bir gündə - Azərbaycandailk dəfə keçiriləcək Formula-1 Avropa Qran Prisinə 6 ay qalmış əldə etmək mümkün olacaq.

"Son 6 ay” bayram tədbirləri Dənizkənarı Milli Parkın ərazisində canlı musiqi və atəşfəşanlıqla müşaiyət olunacaq.