Eddi İsrafilov İspaniya klubu ilə müqaviləsini pozdu – FOTO

Millimizdə çıxış etmiş futbolçu Eddi İsrafilov İspaniyanın "Ximnastik” klubu ilə müqaviləsini pozub.
42-CiParalel.az xəbər verir ki, anası azərbaycanlı, atası anqolalı olan İsrafilov karyerasını İspaniyanın I divizion klubu "Alkorkon”da davam etdirəcək.
O, Alkorkon təmsilçisi ilə 2,5 illik, yəni 2020-ci ilin iyununadək nəzərdə tutulan müqavilə bağlayıb.