Azərbaycan futbolçuları Norveçə məğlub oldu - Yenilənib

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb. 42-CiParalel.az xəbər verir ki, oyunun 59-cu dəqiqəsində millimizin qapısına vurulan top Rəşad Sadıqova dəyərək tora daxil olub. Beləliklə, oyun Norveç yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
23:41
DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb. 42-CiParalel.az xəbər verir ki, yığmamız oyuna bu heyətlə çıxıb:
Azərbaycan: Kamran Ağayev, Qara Qarayev, Pavel Paşayev, Maksim Medvedev, Bədavi Hüseynov, Namiq Ələsgərov, Dmitri Nazarov, Rəşad Sadıqov (k), Cavid Hüseynov, Mahir Mədətov, Riçard Almeyda
Ehtiyat oyunçular: Anar Nəzirov, Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Araz Abdullayev, Renat Dadaşov, Ruslan Qurbanov, Ramil Şeydayev, Ruslan Abışov, Təmkin Xəlilzadə, Rahid Əmirquliyev, Tərlan Quliyev, Əfran İsmayılov
Norveç: Rune Yarsteyn, Haytam Alisami, Yorgen Şelvik, Hovard Nordtveyt, Coşua Kinq, Stefan Yohansen (k), Aleksander Serlot, Mohamed Elyunussi, Sander Berqe, Yunas Svensson, Mats Meller-Deli
Ehtiyat oyunçular: Sten Qrutrbust, Andre Hansen, Siqurd Rosted, Qustav Valsvik, Tarik Elyunussi, Anders Tronnsen, Omar Elabdellaui, Martin Linnes, Byorn Yansen, Birqer Melinq, Yo-İnqe Berqet
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 32-ci dəqiqəsində millimiz qapısında qol görüb. Komandamızın qapısına təyin edilən penaltini Norveçin oyunçusu Coşua Kinq dəqiq yerinə yetirib.