Azərbaycan atıcısı bürünc qazandı - Bakı-2017

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində qadın atıcılar arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışında qaliblər müəyyənləşib.
42-CiParalel.Az-ın məlumatına görə, idmançımız Nigar Nəsirova 211.5 xalla bürünc medala sahib olub.
İran atıcısı Qolnouş Sebhatullah birinci (239.3 xal), misirli Afaf Elhodhod ikinci olub.
Qeyd edək ki, digər təmsilçimiz Zərifə Qasımova isə beşinci yerlə kifayətlənib.