• İdman
  • 5-11-2015, 19:57
  • 262Oxunub

Futbolçu günahını etiraf etdi

{title

42-ciparalel.az

 

     Prokuror: "Onun adı bu işdə şahid və ya əsas təqsirləndirilən şəxs kimi hallana bilər”

"Real Madrid” hücumçusu Kərim Benzema"Lion”un yarımmüdüfiəçisi Matye Valbuenanıtəhdid etdiyini boynuna alıb. Daha əvvəl Fransa polisi "Real” oyunçusunu digər klubun futbolçusunu təhdid etmədə şübhəli bilərək həbs edib. Frans Press agentliyinin xəbərinə görə, Benzema öz günahını məhkəmədə etiraf edib. 

Cinayətkarlar Valbuenanı onun intim xarakterli video görüntüləri ilə şantaj ediblər. Hazırda həbsdə ikisi Marseldən olan 3 nəfər saxlanılır. İşlə bağlı dindirilən Cibriel Sisse isə bir müddət sonra sərbəst buraxılıb.

Prokurorun sözlərinə görə məhkəmənin sonunda hakim Benzemaya dair qərarı açıqlayacaq. "Onun adı bu işdə şahid və ya əsas təqsirləndirilən şəxs kimi hallana bilər”, - deyə prokuror bildirib.

Karim Benzema - "Real"ın hücumçusu

Benzemaya "Şantaj və cinayət tərkibli sui-qəsddə iştirak” maddəsi ilə 5 il iş kəsilə bilər.

Bu Benzemanın hüquq-mühafizə orqanları ilə üz-üzə gəldiyi ilk hal deyil. Oktyabr ayında futbolçu ispan polisi tərəfindən sürücü vəsiqəsi olmadan sükan arxasına oturmasına görə saxlanılıb. Daha əvvəl isə fransız forvardı həddi buluğa çatmamış qızla cinsi əlaqədə şübhəli bilinib.