• İdman
  • 2-11-2015, 00:07
  • 256Oxunub

Stepko bürünc medal qazandı

{title

42-ciparalel.az

 

     İdmançımız üçüncü pilləni Çindən olan üdmançı Den Şudi ilə paylaşıb.

Qlazqo şəhərində idman gimnastikası üzrə dünya çempionatında Azərbaycan gimnastıOleq Stepko bürünc medal qazanıb. 
Stepko üçüncü pilləni Çindən olan idmançı Den Şudi ilə paylaşıb. 

Çin idmançısı Yu Xao 16, 216 balla Yu Xao dünya çempionu olub. Ukrayna gimnastı Oleq Vernyaev 16, 066 balla gümüş medalı qazanıb.

Oktyabrın 30-da keçirilən yarışlarda isə Azərbaycan təmsilçiləri Petro Paxnyuk və Oleq Stepko ən güclü 24 gimnastın qalibinin müəyyənləşəcəyi çoxnövçülük finalına vəsiqə qazana bilməmişdi. 

Oleq Stepko Bakıda keçirilən Avropa Oyunlarında da ölkəmizi təmsil edib. Stepko yarışlarda 5 medal qazanıb ki, bunlardan birinin əyyarı qızıldır.

Oleq Stepko 1-ci Avropa oyunları zamanı qalibiyyət sevinci


Sentyabr ayında Tel-Əvivdə keçirilən Kişi idman gimnastları arasında I-ci açıq İsrail Kubokunda Oleq Stepko halqalar və parallel qollar üzərində hərəkətlərdə rəqib tanımayıb və qızıl medal qazanıb. 

Stepko 1-ci Avropa oyunları vaxtı