Cüdoçularımız İtaliyanı “taladı”

İtaliyanın Linyano Sabbyadoro şəhərində yeniyetmə və gənc cüdoçular arasında "Alpe Adria" beynəlxalq turniri keçirilib.
Azərbaycan turnirdə gənclərdən ibarət milli komanda ilə təmsil olunub.
Yarış komandamız üçün uğurlu alınıb və idmançılarımız 9 medala sahib olublar. Təmsilçilərimizdən Natiq Qurbanlı, Murad Heydərli və Hasil Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə çıxıblar. İsmayıl İbrahimov və Samir Ağayev yalnız finalda uduzaraq, gümüş medal qazanıblar. Kəramət Hüseynov, Tofiq Məmmədov, Azər Yaqubov və Rüfət Tağızadə isə İtaliyada bürünc medala sahib olublar.
Azərbaycan ümumi komanda hesabında "Alpe Adria" turnirini birinci yerdə başa vurub.
42-ciparalel.az