• İdman
  • 21-01-2016, 12:53
  • 284Oxunub

Azərbaycan məşqçisi Ermənistan klubunda

{title

"Simurq” klubun sabiq baş məşqçisi rusiyalı Serqey Yuran Ermənistanın klubunu çalışdıracaq. Yuran "Mika” klubu ilə müqavilə bağlayıb. 

42-ciparalel.az-ın məlumatına görə, həmçinin o, bu klubda onun qarşısında duran vəzifələri müəyyənləşdirib. 
"Ermənistan klubundan mənə təklif gəlib. "Miki”nin sahibi Moskvaya gələndə onunla görüşüb anlaşdıq. Yanvarın 25-də Gürcüstana təlim-məşq toplanışına gedirik. Komanda hazırda turnir cədvəlində 4-cü pillədədir. Çalışacağıq Avropa liqasına düşək. Müqaviləm iyun ayına kimidir”. 
Serqey Yuran 2011-2012-ci il mövsümündə "Simurq” klubunun baş məşqçisi olub. "İnter” Bakı klubu " 2011-ci ildə "Birlik kuboku”nda "Mika”nı 4:0 hesabı ilə darmadağın edib. 
"Simurq" klubu Zaqatala şəhərini təmsil edir. 2012-ci ilin mart ayında "Simurq" Peşəkar Futbol Klubunun baş məşqçisi gürcüstanlı Georgi Çıxradze təyin olunub.
 
42-ciparalel.az