• Hava
  • 9-12-2015, 15:50
  • 228Oxunub

Bakıda iki yolda sürət azaldıldı

{title

42-ciparalel.az
 

    Buna səbəb havanın yağmurlu olmasıdır.

Bakıda iki yolda sürət həddi aşağı salındı. Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, yağmurlu hava şəraiti ilə əlaqədar olaraq iki avtomobil yolunda sürət həddi aşağı salınıb. 

Hava şəraiti ilə bağlı olaraq Böyükşor-Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib. 

Eyni zamanda Zığ dairəsi - Hava limanı avtomobil yolunda isə sürət birinci zolaqda 120 km/saatdan 100 km/saata, ikinci zolaqda 100 km/saatdan 80 km/saata, üçüncü zolaqda isə 80 mk/saatdan 60 km/saata qədər azaldılıb.

Qeyd edək ki, hava şəraiti normallaşan kimi sürət həddi yenidən bərpa olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən veriln məlumata görə, dekabrın 09-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi və yağış yağacağı gözlənilir. 

Dekabrın 09-dan 10-u gündüzədək Azərbaycanın əsasən şimal və şərq rayonlarında hava şəratinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.