• Hava
  • 9-11-2015, 16:30
  • 273Oxunub

Yağış Bakını iflic etdi ( VİDEO )

{title

42-ciparalel.az
 

Küçələri basan su hərəkətdə çətinlik yaradıb.

Paytaxtda aramsız yağan yağış bir çox ərazidə fəsadlar törədib. Şəhər sakinlərinin məlumata görə, küçələrə yığılan yağış suları Ziya Bünyadov prospektində hərəkətə ciddi maneə törədib.

Ərazidən keçən kanalizasiya sistemlərinin dolması suyun yola daşmasına səbəb olub ki, bu da ərazidə avtomobillərin hərəkətini çətinləşib. Sakinlərin dediyinə görə, bəzi yerlərdə su hətta avtomobillərin yarısına qədər qalxıb ki, bunun nəticəsində də uzunmüddətli tıxaclar əmələ gəlib.

Vətəndaşları isə daha çox narahat edən məsələ kanalizasiya qapaqlarından ətrafa axan çirkab sulardır. Bu da xoşagəlməz görüntüyə və pis qoxuya səbəb olub.