• Hava
  • 26-01-2016, 10:10
  • 277Oxunub

Qarlı hava İstanbul-Bakı reysini təxirə saldı

{title

Buna səbəb qarlı hava şəraitidir.
Bakıda müşahidə edilən qarlı, şaxtalı hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanının işində heç bir problem yaratmayıb. Lakin əlverişsiz hava şəraiti İstanbul - Bakı reysində yenidən problem yaradıb. 42-ciparalel.az-ın məlumatına görə, "Türk Hava Yolları" (THY) Atatürk və Sabiha Gökçen hava limanlarından qarlı havaya görə yanvarın 26-27-də onlarla reysi təxirə salıb. 
Bu gün Bakıdan saat 14:35 çıxıb saat 15:50-da İstanbula, eyni zamanda saat 20:25-də İstanbuldan çıxıb 01:45-də Azərbaycanıən paytaxtına eniş etməli olan təyyarənin uçuşu reallaşmayacaq. 

Təxirə salınan reyslər barədə THY öz saytında məlumat yerləşdirib. Ümumiyyətlə son1-1,5 ayda hava şəraiti ilə bağlı İstanbuldan Bakıya bir neçə dəfə reyslər təxirə düşüb. Ötən il dekabrın 30-31-də reyslər, eləcə də yanvarın 15-16-da 

THY təyyarəsi
 
42-ciparalel.az