• Hava
  • 24-01-2016, 11:00
  • 312Oxunub

ABŞ-da 150 ildə görünməmiş çovğun

{title

Artıq 11 nəfərin donvurmadan öldüyü bildirilir.
 
Amerika Birləşmiş Ştatlarının şərq hissəsində yağan qar mamontların yaşadığı dövrün iqlim şəraiti ilə müqayisə olunur.
42-ciparalel.az-ın məlumatına görə, qasırğanın səbəb olduğu qarlı hava 20 ştatda 85 milyon insana təsir edib. Kəskin şaxta ilə əlaqədar ölü sayı da artmaqdadır. Artıq 11 nəfərin donvurmadan öldüyü bildirilir.
Meteoroloqların sözlərinə görə, bəzi yerlərdə qarın hündürlüyü 71 santimetrə çatıb.
Nyu York şəhərində təyyarə reysləri məhdudlaşdırılıb. Mer Bil de Blazio Nyu Yorkda ən pis qasırğalardan birinin müşahidə olunduğunu bildirib.
Nyu Yorkun meri Bil de Blazio bildirib ki, vəziyyətin nə yerdə olduğunu rəqəmlər deyir: "Qarın hündürlüyü 50 santimetri keçəcək. Belə halda, bu Nyu York tarixində ən ağır 5 qasırğadan biri olacaq. Sonuncu dəfə 1869-cu ildə bu miqyasda qarın yağdığı qeyd olunub. Bu, böyük problemdir”.
10 minlərlə insan elektrik enerjisiz qalıb. Kentukki və Pensilvaniya ştatlarında 12 saat davam edən tıxaclar olub. Bu gün, eyni zamanda, paytaxt Vaşinqtonda da rekord həddə qarın düşəcəyi, qarın hündürlüyünün 76 santimetrə çatacağı gözlənilir.
 
 42-ciparalel.az