• Hadisə
  • 18-12-2015, 16:20
  • 318Oxunub

Dağlıq Qarabağ: əsgərlər həlak olub

{title

42ciparalel.az
 

Müdafiə Nazirliyi bildirir ki, dekabrın 17-də Azərbaycanın bir hərbi qulluqçusu həlak olub.

Əsgər Taleh Kərimov qoşunların təmas xəttində Ermənistan Silahlı Qüvvələri ilə döyüş zamanı həyatını itirib, nazirlik bildirib.

Ermənistan Silahlı Qüvvələri dekabrın 18-ə keçən gecə isə iki əsgərin həlak olması barədə məlumat yayıb.

Armenpress agentliyi bildirib ki, Azərbaycan silahlı qüvvələri dörd müxtəlif hissədən- şərq, cənub, şimal-şərq və şimaldan hücumlar edib.

Həlak olanlar 19 yaşlı Ağasi Qrigoryan və Ruben Aleksanyandır.

Bu hadisədən bir gün əvvəlsə 23 yaşlı muzdlu əsgər Qor Ohanyan ölümcül yaralanıb.

Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir.

1994-cü ildə atəşkəs bağlansa da, tərəflər tez-tez atəşkəsin pozulması xəbərləri verir.