• Hadisə
  • 9-12-2015, 23:30
  • 302Oxunub

Azərbaycanda 22 yaşlı qadın faciəli şəkildə öldü

{title

42-ciparalel.az
 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb.

Lənkəranda bədbəxt hadisə baş verib. 22 yaşlı qadın zəhərlənərək ölüb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, rayonun Parakənd kənd sakini, 1993-cü il təvəllüdlü Sübyə Nazim qızı Həbibzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Ona 40 dəqiqəyə yaxın tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanadan onu da əlavə etdilər ki, qadın dünən şam yeməyi zamanı balıq yeyib və yediyi balıqdan zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Dünyasını dəyişən qadının 2 yaşında övladı var və o, epilepsiya xəstəsi olub.