İndoneziya 7,1 bal zəlzələ ilə silkələndi

42-ciparalel.az
Təbii fəlakət nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur. İndoneziyada 7.1 bal gücündə zəlzələ olub. ABŞ Geoloji Araşdırmalar Mərkəzi zəlzələnin İndoneziyanın cənub-şərqində Ambon adasında baş verdiyini bildirib. Zəlzələ yerin 75 km dərinliyində olub. Təbii fəlakət nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.
İndoneziya seysmik cəhətdən fəal tava üzərində yerləşir. Bu ilin aprel ayında da ölkədənin şərqində 5,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Molukki əyalətində, Saumlaki şəhərindən 185 km şimal-qərbdə, olub.
Xatırladaq ki, 2004-cü ildə Sumatra adasının şərq sahillərində müasir tarixin ən güclü və dağıdıcı zəlzələlərindən biri baş verib. 8,9 bal gücündə zəlzələnin təsirindən yaranan dalğa Şri-Lanka, Hindistan, İndoneziya, Tailan və Malayziya sahillərini də əhatə etmişdi. Sunami nəticəsində ölənlərin sayı hələ də dəqiq məlum deyil. Müxtəlif hesablamalara görə, bu rəqəm təxminən 230 min təşkil edir.
Daha bir güclü zəlzələ iki gün öncə Tacikistanda qeydə alınıb. Burada zəlzələnin episetri 7.2 bal gücündə olub. Təbii fəlakət Tacikistanın paytaxtı Düşənbədən 363 kilometr aralıda baş verib.