Yaralıların vəziyyətinin orta ağırdır. Gəncədə bıçaqlanma hadisəsi baş verib. İki gənc aralarında yaranan mübahisə zəminində bir-birini bıçaqlayıb. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. Şəhərin Üzeyir Hacıbəyov küçəsində yaşayan 1994-cü il təvəllüdlü Faiq Zahid oğlu Sadıqovla F. Əliyev küçəsi, döngə 2, bina 15-də yaşayan 1996-cı il təvəllüdlü Hüseyn Namiq oğlu Mayılov bir-birini bıçaqlayıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Xəstəxanadan hər iki yaralının vəziyyətinin orta-ağır olduğunu bildirdilər. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. İki gəncin bir-birini bıçaqlamasının dəqiq səbəbləri bilinmir.