• Hadisə
  • 8-12-2015, 22:14
  • 383Oxunub

Yük avtomobili ilə minik maşını toqquşdu

{title

42-ciparalel.az
 

Xəstəxanaya aparlan sürücünü həkimlər ölümün caynaqından qurtara bilmədi. Xaçmaz rayonu ərazisində Yalama- Xudat yolunun 3-cü km-də ağır yol qəzası baş verib. Xaçmaz polis şöbəsinin müstəntiqi Sahil Tağıyevin verdiyi xəbərə görə, Xaçmazın Hacısaoba kənd sakini Arif Əmirhəmzəyev idarə etdiyi "Kamaz" markalı yük avtomobili ilə Yalamadan Xudat istiqamətinə gedərkən, əks istiqamətdən gələn 30 yaşlı Xaçmazın Ləcət kənd sakini Kərim Kərimovun idarə etdiyi "Vaz 21011" markalı avtomobil Kamazın qarşısına keçib.


Qəzaya uğramış yük maşını 

Ağır bədən xəsarəti alan minik avtomobilinin sürücüsü Kərim Kərimov Xaçmaz mərkəzi xəstəxanasına aparılsa da həkimlər onu ölümün caynağından qurtara bilməyiblər. Fakt Xaçmaz istintaqçıları tərəfindən araşdırılır.