• Hadisə
  • 8-12-2015, 21:59
  • 316Oxunub

Bakıda xəstə aparan sürücü qəza törətdi

{title

42-ciparalel.az
 

Qırmızı işıqda yolu keçən sürücü maşını başqa maşına çırpıb. Bakının Binəqədi rayonunda avtomobilində xəstə aparan sürücü qəza törətdi. Hadisə Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektininkəsişməsində qeydə alınıb. Qəza zamanı "Hyundai” və "Opel” markalı avtomobillər toqquşub. İlkin xəbərə görə, avtoqəzaya "Hyundai” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydasını pozması səbəb olub. O, Azadlıq prospekti ilə hərəkətdə olarkən işıqforun qırmızı ışığına məhəl qoymayıb və onun avtomobili Cəfər Xəndan küçəsi ilə hərəkət edən "Opel”ə çırpılıb. Nəticədə "Opel”in sürücüsü Feruz Gülməmmədov xəsarət alıb. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Bildirilir ki, "Hyundai” markalı avtomobilin sürücüsünün tələsərək qırmızı işıqda yolu keçməsi də əbəs deyil. Çünki, sürücü həmin vaxt xəstəni xəstəxanaya çatdırmağa çalışıb. Hadisənin təfərrüatları araşdırılır.


Hadisə yerindən