• Hadisə
  • 8-12-2015, 21:49
  • 329Oxunub

"Azər İşıq" və "Azərsu"nun işçiləri öldü

{title

42-ciparalel.az
 

Onlardan birinin üstünə transformator, o birinə isə boru düşüb. "Azər İşıq" və "Azərsu"nun işçiləri bədbəxt hadisənin qurbanı olublar.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumata görə, hər iki hadisə dekabrın 7-də qeydə alınıb. Mingəçevir şəhərinin 20 yanvar küçəsində təmir işləri aparan şəhər Azər İşıq MMC-də işləyən İstiqat Yusifovun üzərinə işıq transformatoru düşüb. Onu xəstəxanaya çatdırmaq mümkün olsa da, orada ölüb. İkinci hadisə isə Abşeronda baş verib. Abşeron rayonunun Saray qəsəbəsində "Azərsu” ASC-nin su anbarında qaynaq işləri aparan Sumqayıt şəhər sakini Həbib Qasımovun üzərinə dəmir boru düşüb. O, hadisə yerindəcə keçinib. Hər iki hadisə ilə bağlı araşdırma aparılır.