1 piyada, 1 sürücü dünyasını dəyişdı, 4 nəfər yaralandı

42-ciparalel.az
Şəki-Qax magistral yolunun Şəkinin İnçə kəndi ərazisindən keçən hissəsində baş verən yol nəqliyyat hadisəsi zamanı Şəki sakini Bayram Rəhimov Şəkidən Qax istiqamətinə hərəkətdə olarkən qəfildən yolu keçmək istəyən piyada İnçə kənd sakini, 78 yaşlı Abid Ziyəddinovu vurub. Zərbənin təsirindən yaşlı piyada bir neçə metr yoldan kənara düşüb. Ağır bədən xəsarətləri alan yaralı dərhal xəstəxanaya çatdırılsa da həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzaya düşən avtomobil
Rayonda baş verən digər bir hadisə isə Çeşməli kəndi ərazisində qeydə alınıb. Rayonun Aran kənd sakini Ağaismayıl Əliyev idarə etdiyi avtomobillə digər rayon sakini Eldar Abdullayevin idarə etdiyi avtomobillə toqquşub. Qəza nəticəsində VAZ markalı avtomobilin sürücüsü elə hadisə yerindəcə dünyasını dəyişib.

Qəza törədən avtomobil
Onun avtomobilində olan sərnişinlər Şahsinə Əliyeva, Şahismayıl Əliyev eləcə də digər avtomobilin sürücüsü və onun sərnişini Elgün Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar yoldan keçən insanların köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hər iki qəzanın dəqiq baş vermə səbəbləri aparılan araşdırmalardan sonra bəlli olacaq.


