• Hadisə
  • 30-11-2015, 16:52
  • 284Oxunub

Qatar vuran kişi xəstəxanada öldü

{title

42-ciparalel.az
 

     Hadisəyə səbəb havanın dumanlı olması olub.

Lənkəranda bədbəxt hadisə baş verib. 63 yaşlı rayon sakinini qatar vuraraq öldürüb. Rayonun Göyşaban kənd sakini, 1952-ci il təvəllüdlü Akif Şükür oğlu Əliyev kənd ərazisindən keçən dəmir yol xəttini keçmək istəyərkən qatar onu vurub. Yaralı ağır bədən xəsarətləri ilə dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Akif Əliyev xəstəxanada dünyasını dəyişib.

Hadisəyə səbəb havanın dumanlı olması, bu səbəbdən də 63 yaşlı kişinin gələn qatarı görməməsi olub.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bundan əvvəl də Tovuz rayonunda qatarın iştirakı ilə bədbəxt hadisə baş verib. Rayonun Əyyublu kənd sakini 39 yaşlı Qabil Rzayevi qatar vurub.