Balakəndə bədbəxt hadisə olub

42-ciparalel.az
42 yaşlı kişi uçan divarın altında qalaraq ölüb.
Balakən rayon sakini İlham Ukalayev yaşadığı evin yaxınlığında qonşusuna məxsus köhnə evin daş divarını uçuran zaman ehtiyatsızlıqdan divar onun üzərinə tökülüb. İlham Ukalayev ağır bədən xəsarətləri alıb. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan yaralıya ilkin tibbi yardım göstərilsə də 42 yaşlı İlham Ukayevi vəziyyətdən çıxarmaq mümkün olmayıb.

Uçan divar
Həkim Mohuma Herayev ANS PRESS-ə bildirib ki, İ.Ukalayev çox ağır vəziyyətdə xəstəxanaya gətirilib. Xəstə travmatik şokda olub və ətrafla reaksiyası yox dərəcəsində imiş. Həkimin sözlərinə görə, bütün yardımlar olunsa da təyziqi normallaşdırmaq mümkün olmayıb və xəstə dünyasını dəyişib. Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.

